Şimali İraqda gərgin döyüşlər başladı
Sentyabr 29
17:06
2017
1. 350 dəfə baxılıb
Türkiyə Silahlı Qüvvələri Şimali İraqda keçirdiyi əməliyyatlar zamanı terrorçularla türk əsgəri arasında atışma baş verib.
Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, Şimali İraqın Kanimasi bölgəsindəki döyüşlər zamanı 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb. Əks hücuma keçən türk ordusu 3 terrorçunu zərərsizləşdirib.
Ordu Zap və Avaşin bölgəsində PKK-çılara məxsus silah anbarlarını, sığınacaqları darmadağın edib.
Qeyd edək ki, Bərzaninin keçirdiyi müstəqillik referendumundan sonra bölgədə vəziyyət yenidən pisləşib.