Şirkət Məkkədə baş verən qəzanı araşdıracaq
685 dəfə baxılıb
Almaniyanın “Liebherr” şirkəti Məkkədə qaldırıcı kranının aşmasının səbəblərini araşdıracaq.
“Sələf Xəbər” APA-ya istinadən məlumat verir ki, araşdırmalar bir neçə həftə davam edə bilər.
LR-11350 tipli qaldırıcı kranlar Almaniyanın Ehinqen şəhərində istehsal olunur və 350 ton yük qaldırmaq qabiliyyətinə malikdir. “Liebherr” şirkətindən, həmçinin bildiriblər ki, 2006-ci ildən bəri 30 ədəd LR-11350 kranı istifadəyə verilib. İndiyədək kranın iştirakı ilə cəmi 3 qəza vəziyyəti qeydə alınıb. Onların heç biri texniki səbəblərdən baş verməyib.
Xatırladaq ki, sentyabrın 11-də Məkkədə qaldırıcı kranının aşması nəticəsində 107 zəvvar ölüb, 238 nəfər isə xəsarət alıb.
Sələf Xəbər: Uca Allah buyurur: “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Qurani-Kərim, “Ənbiya” surəsi, 35-ci ayə)
“Ölüm bütün məxluqların nəsibidir. Bu bir piyalədir ki, onu hər kəs, hətta o, uzun ömür yaşasa da belə, içməlidir. Uca Allah Öz qullarını yerdə xəlq etmişdir, onlara hökmlər və qadağalar nazil etdikdən sonra isə onları xeyir və şərlə, var-dövlət və yoxsulluqla, qüdrət və alçaldılma ilə, həyat və ölümlə imtahana çəkir.
Uca Allah buyurur: “Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır!”” (Qurani-Kərim, “Mülk” surəsi, 1-2-ci ayələr) (Bax: “Təfsir Əs-Saadi”)