“Sky News”: Əsəd İŞİD-lə əməkdaşlıq edib
May 04
18:04
2016
811 dəfə baxılıb
Britaniyanın “Sky News” telekanalı Suriya hakimiyyətinin İŞİD terror xəvaric qruplaşmasını dəstəkləməsi barədə məlumatların əks olunduğu məxfi sənədlərin əldə etdiyini bildirib.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi xəbərə görə, sənədlərdə qeyd olunur ki, Palmira şəhərinin azad edilməsi İŞİD terror xəvaric qruplaşması və Suriya hakimiyyəti arasında əldə olunan bir neçə razılaşma əsasında həyata keçirilib. Razılaşmalar arasında neftin gübrələrə dəyişdirilməsi, əhalinin bir neçə rayondan hücumlardan əvvəl təxliyə olunması və s.
Telekanalın məlumatına görə, məxfi sənədlər İŞİD terror xəvaric qruplaşması sıralarından fərarilik etmiş şəxslər tərəfindən təqdim olunub. Sənədlərdəki məlumatların doğruluğu hələlik təsdiqlənməyib.
Sələf Xəbər: Şeyx Məhəmməd əl-Mədxəli (Allah ona rəhmət etsin) buyurmuşdur: “Cihad haqqında onun şərtlərini, qaydalarını bilən alimlər danışa bilər. İŞİD terror xəvaric qruplaşmasının etdiyi cihad yox, fitnədir”.