Slovakiya müsəlmanları qəbul etmir
784 dəfə baxılıb
Slovakiya hakimiyyəti bildirib ki, Suriyadan qaçan qaçqınlardan yalnız xristianları qəbul edəcək.
“Sələf Xəbər” Yenicag.az-a istinadən xəbər verir ki, Slovakiya hökuməti bu qərarının guya müsəlmanların cəmiyyətə inteqrasiya oluna bilməməsi ilə əsaslandırıb.
“Biz miqrasiya ilə bağlı Avropaya kömək etmək istərdik. 800 nəfər müsəlmanı qəbul edə bilərik. Ancaq onlar üçün burada məscid yoxdur. Bura onların xoşuna gəlməsə, axı, necə inteqrasiya oluna bilərlər?” – Slovakiya DİN-nin nümayəndəsi İvan Metik belə deyib.
Rəsmi Bratislava bildirib ki, gələn qaçqınların dini kimliyi soruşulacaq. İvan Metik diskriminasiya iddialarını rədd edib. O, deyib ki, bu cəmiyyətin bütövlüyünü qorumaq üçündür.
Qeyd edək ki, AB qaçqınlarla bağlı Avropa ölkələrinə kvotalar ayırıb. 40 min qaçqın bütün qitə üzrə bölüşdürülüb. Slovakiya rəsmi şəkildə hal-hazırda İtaliya, Türkiyə və Yunanıstan qaçqın düşərgələrində yaşayan 200 qaçqını qəbul etməlidir.
Sələf Xəbər: Uca Allah buyurur: “Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 186-cı ayə)
“Kitab əhlindən və müşriklərdən isə onlar çoxlu xoşagəlməz sözlər eşitməli idilər – onları, onların dinini, Kitabını və Elçisini (Allahın ona salavat və salamı olsun) təhqir edəcəkdilər. Allah bu barədə mömin qullarına xəbər verir. Sınaqlar və aldanmalar onlara böyük fayda gətirir.
Birincisi, ilahi hikməti tələb edir ki, belə sınaqlar vasitəsilə həqiqi möminləri yalançılardan ayırsın.
İkincisi, Allah Öz qulları üçün sınaqdan keçməyi öncədən müəyyən edir ki, onlara nemətlərini bəxş etsin, onları yüksəltsin, onların günahlarını yusun, imanını artırsın və etiqadını kamilləşdirsin. Allah möminlərə olacaq labüd çətinlikləri bildirir ki, onlar baş verdikdə möminlər Allahın və Onun Elçisinin (Allahın ona salavat və salamı olsun) doğruçuluğuna əmin ola bilsinlər. Bununla əlaqədar Uca Allah buyurur: “Möminlər müttəfiqləri gördükdə: “Bu, Allahın və Onun Elçisinin bizə olan vədidir. Allah və Onun Elçisi doğru söyləmişlər!” – dedilər. Bu onların yalnız imanını və itaətini artırdı”. (Qurani-Kərim, “Əhzab” surəsi, 22-ci ayə)
Üçüncüsü, Allah gələcək sınaqlar haqqında ona görə xəbər verir ki, möminlər öz talelərinə itaətkar olsunlar və qismətlərinə sınaqdan çıxmaq düşəndə lazımi qədər səbir edə bilsinlər, axı əgər onlar sınaqlara hazırlaşsalar, onlardan uğurla çıxmaq asan olar. Şübhəsiz ki, bundan ötrü onlar dözümlü, səbatlı və təqvalı olmalıdırlar. Onlar əmlakları və öz canları ilə bağlı sınaqlardan səbirlə keçməli, zalımların verdiyi əziyyətə mətinliklə sinə gərməli və bu zaman təkcə Allahdan qorxmalıdırlar”. (Bax: “Təfsir Əs-Saadi”)
Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.