Slovakiyada islam dini qadağan edildi
1. 895 dəfə baxılıb
Slovakiya parlamenti islam dinini qadağan edən qanun qəbul edib.
Selefxeber.az-ın “Eurasiadiary.Az“-a istinadən məlumatına görə, ölkə parlamentinin həm iqtidar, həm də müxalif üzvləri islam dinin təbliğ edilməsinin qadağan edilməsi ilə bağlı qanun qəbul edib.
Slovakiyanın baş naziri Robert Fiko islam dilinin ölkəsində yerinin olmadığını bildirib.
Xatırladaq ki, keçmiş sovet ölkəsi olan Slovakiyanın əhalisi 5 milyon nəfərdir və əhalinin 60 faizdən çoxu katolikdir.
Sələf Xəbər: Uca Allah öz Peyğəmbəri Məhəmmədə (Allahın ona salavat və salamı olsun) buyurur: “Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir. Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik. O kəslər ki, Allaha başqa tanrı şərik qoşurlar. Onlar tezliklə biləcəklər.” (Müqəddəs Quran, “Hicr” surəsi, 94-96-cı ayə)
“Ey Elçi! Sənə İslamı təbliğ etməkdə mane olan kəslərə və bütün digər müşriklərə fikir vermə! Allahın sənə buyurduqlarını açıq-aydın elan et və haqqı insanlara çatdır. Çoxsaylı maneələr və kafirlərin istehzası səni işindən saxlamasın. Onlara baş qoşma, onlarla mübahisə açma və başladığın işi davam etdir. Biz Özümüz səni sənə və möizələrinə məsxərə edən fasiqlərdən xilas edərik. Biz söz veririk ki, sənə edilən istehzaların heç biri sənə zərər toxundurmaz və vəd edirik ki, kafirləri hər vasitələrlə cəzalandıracağıq.
Uca Allah Öz vədini yerinə yetirdi və Məhəmməd Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) və təliminə rişxənd edən bütün bütpərəstlər ən dəhşətli ölümlə üzləşdilər. Onlar nəinki Allahın Elçisini (Allahın ona salavat və salamı olsun) incidir, həm də Allahın Özünə toxunurdular (təhqiramiz sözləri və əməlləri ilə) Onlar öz Vahid Rəbbinə, Xaliqə və Xeyirxahına şərik qoşmaqla uydurulmuş ilahlara ibadət edirdilər. Qiyamət günü başlayarkən onlar öz günahlarının dəhşətli nəticələrini mütləq biləcəklər.” (Bax “Təfsir Əs-Saadi”)