Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Somalidə törədilən partlayışda 9 nəfər ölüb, 12 nəfər xəsarət alıb

Dekabr 06
21:45 2014

Somalinin mərkəzindəki Baydabo şəhərində törədilən partlayış nəticəsində 9 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

“Sələf Xəbər”in Apa-ya istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze insanlarla dolu kafedə özünü partladıb.

Ölənlər arasında mətbuat nümayəndələrinin olduğu da bildirilir.

Xatırladaq ki, dekabrın 3-də terrorçu-kamikadze minalanmış avtomobili paytaxt Moqadişonun beynəlxalq hava limanı yaxınlığında BMT karvanına çırparaq partlatmışdı.

 Sələf Xəbər: XX-ci əsrin nüfuzlu İslam alimi şeyx Useymin (Allah ona rəhmət etsin) deyib: “Özünü düşmənlərin arasında partlatmaq üçün partlayıcı maddəni bədəninə bağlayan insan – intihar etmişdir və o cəhənnəm odunda özünü öldürdüyü vasitə ilə əzaba məruz qalacaqdır, necə ki, bu barədə səhih hədislərdən birində deyilir. Uca Allahının “… özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı Rəhmlidir”. (Qurani-Kərim, “Nisa” surəsi, 29-cu ayə), sözlərini oxuyub belə əməllər törədən insanlar buna görə təəccüb doğurur.” (Müsəlman ilahiyyatçıların müasirliyin çağırışlarına cavabları).

Digər xəbərlər