Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Son 20 il ərzində Rusiyada 7 mindən çox məscid tikilib

Aprel 11
17:49 2014

Rusiya Müsəlmanlarının Mərkəzi Dini İdarəsinin başçısı müfti Talqat Tacuddin son iki onillik ərzində ölkədə islam ümmətinin müvəffəqiyyətlərindən söz açıb.

Ufada MMDİ 225-illiyi münasibəti ilə keçiriləcək mərasimlərə həsr edilmiş mətbuat konfransında çıxışında Tacuddin bildirib ki, son 20 il ərzində ölkədə 7 mindən çox məscid tikilib, “İnterfaks” xəbər verir.

“Son 15-20 il ərzində Rusiyada yeddi mindən çox məscid, yeddi Rusiya islam universiteti tikilib. Birincilərdən biri – Ufadadır, bu universitetin 1100-dən çox məzunu var, və onlardan 95%-i öz ixtisası üzrə çalışır”.

Müfti Tacuddinin qeyd etdiyi kimi, 33 il əvvəl o MMDİ-nin başına keçəndə onun sərəncamında 94 məscid olub, bu gün isə onların sayı 3,5 mini keçib.

 Sələf Xəbər: Məşhur alim, mərhum şeyx Useymin (Allah ona rəhm etsin) qeyri-müsəlman ölkələrindən müsəlman ölkələrinə köçmə barəsində deyib: “Əgər müsəlman açıq şəkildə öz dinin yaşaya bilirsə, və bunda ona heç kəs mane olmursa, onda oradan köçmək onun üçün arzu olunan hərəkətdir. Yox, əgər o öz dinini həyata keçirə bilmirsə, bu ölkədən köçmək onun üçün fərz olur. Beləliklə, qeyri-müsəlman ölkələrindən fərz və arzu olunan köçmə arasında fərq aydın olur.” (Şərhu əl-arbaiin ən-nəvaviya)

Digər xəbərlər