Sorğu: Suriyadakı münaqişə Rusiya üçün “yeni” Əfqanıstan ola bilər
735 dəfə baxılıb
Rəyi soruşulanların 72 faizi Rusiya qırıcılarının Suriyada İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə hava zərbləri endirməsini bəyənib.
Rəyi soruşulan Rusiya vətəndaşlarının 78 faizi hesab edir ki, Suriya münaqişəsində iştirak ölkələri üçün “yeni” Əfqanıstan ola bilər.
“Sələf Xəbər” “Report”-a istinadən xəbər verir ki, Rusiyanın “Levada Tsnetr”in keçirdiyi sosioloji rəy sorğusunun nəticələri belə bir mənzərə ortaya çıxarıb.
Məlumata görə, respondentlərin 28 faizi Rusiyanın Suriyadakı münaqişədə iştirakına qarşı çıxıb.
Rusiya qoşunlarının xaricdə istifadə olunması ilə bağlı Federasiya Şurasının qərarını rəyi soruşulanların 46 faizi bəyənsə də, 33 faizi buna qarşı olduqlarını bildiriblər.
Rəyi soruşulanların 72 faizi Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada İŞİD terror xəvaric qruplaşmasının mövqelərinə hava zərbələri endirməsini bəyənib.
Məlumata görə, “Levada –Tsentr” sorğunu oktyabrın 2-5-də Rusiyanın 134 yaşayış məntəqəsində 1 600 nəfər arasında aparıb.
Sələf Xəbər: Bu ədalətsiz və amansız müharibələr Qərb ölkələrində terror aktları törədən xəvariclərin hərəkətlərinin nəticəsi oldu. Bu sözdə “islam uğrunda döyüşçülər” adlandırılan kəslərdən soruşmaq istərdik ki, siz İslama hansı xeyir gətirdiniz? Qərb ölkələrinin bir neçə min günahsız vətəndaşını öldürüb, nəyə nail oldunuz?
Bu düşüncəsiz terror aktları nəticəsində, qərb ölkələri, terrorçuluqla mübarizə bəhanəsi ilə, Əfqanıstana və İraqa zorla girdilər. Müsəlmanların qanı töküldü, bir çox insanlar evlərini və daimi yaşayış yerlərini itirdi, həmin ölkələrin iqtisadiyyatı isə dağıldı.
Dünya cəmiyyəti gözündə İslam zorakılıq və qəddarlıq dini kimi təqdim edildi, insanlar saqqallı kişilərdən və hicablı qadınlardan və İslamla bağlı olan hər şeydən qorxmağa başladılar. Bu hal elə bir miqyasa çatdı ki, demək olar hər bir müsəlman bunu öz üzərində hiss edə bildi. Fəsadçı insanlardan ibarət kiçik bir qrupun milyardlıq müsəlman icmasının həyatına göstərdiyi təsir heyrətləndiricidir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Bunun Allah yolunda cihad olduğunu iddia edərək bir sıra insanlar arasında partlayışlar törədənlər, əslində İslama və müsəlmanlara xeyirdən daha çox ziyan verirlər. Onlar hansı nəticələr əldə edib, sualım sizədir, qeyri-müsəlmanlar İslama daha yaxın oldularmı və yaxud onlar İslamdan daha çox uzaqlaşdılar?! İnsanın bu vahimə salan və dəhşətli qrupa aid edilməsin deyə az qala öz üzünü örtməsi məgər İslamdandır?! İslam bütün bunlardan uzaqdır, İslam bütün bunlardan uzaqdır!” (Şərhu usul ət-təfsir)