Sosial mətbuatda İŞİD-ə qarşı aksiya keçirilib
Sentyabr 29
15:09
2014
852 dəfə baxılıb
“Sələf Xəbər” tr.euronews.com xəbər saytına istinadən bildirir ki, İngiltərədə yaşayan müsəlmanlar İŞİD terror xəvaric qruplaşmasının islam dininə aidiyyəti olmadığını göstərmək üçün internetdə kampaniyaya başlayıblar.
Bütün dünyadan müsəlmanlar “Mənim adımdan yox” mənasını verən Notinmyname adlı heşteqləri sosial mətbuatda paylaşaraq İŞİD-in İslam dinini təmsil etmədiyini vurğulayıblar.
Sələf Xəbər: Mədinənin böyük Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir: “Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir. Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”