Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Strasburqda məscid yandırılıb

Noyabr 11
19:10 2014

“Sələf Xəbər”-in AzərTAc-a istinadən verdiyi xəbərə görə, Alzas bölgəsinin paytaxtı Strasburq şəhərindəki müsəlman məscidi terrora məruz qalıb.

Dünən gecə, naməlum şəxs məscidi yandırıb. Alov qısa vaxtda məscidin giriş qapısını, binanın fasadını və əlavə iki qapısını bürüyüb. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun daha geniş əraziyə yayılmasına imkan verməyiblər. Məscidin imamı terror aktının son vaxtlar ölkədə etnik qruplara qarşı yayılmaqda olan antisemitizm və rasizm meylləri ilə əlaqələndirib.

Polis rəsmisi xalqlar arasında nifaq salmağa yönəldilən bu hadisəni pisləyib və video görüntüsü alınan cinayətkarın tezliklə tapılaraq məhkəmə qarşısında dayanacağını vəd edib.

 Sələf Xəbər: Uca Allah buyurur: “Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 114-cü ayə).

“Ən zalım insanlar və ən qəddar cinayətkarlar – məscidlərdə Allahı zikr etməyə mane olanlar və namaz qılmağa və ibadətin digər mərasimlərini keçirməyə imkan verməyənlər, məscidləri maddi və mənəvi cəhətdən dağıtmağa can atanlardır. Məscidlərin maddi cəhətdən dağıdılması dedikdə, onların binalarının sökülməsi, onlara vurulan ziyan və onların natəmizliklərlə murdarlanması nəzərdə tutulur. Mənəvi cəhətdən dağıdılma altında isə, namaz qılanlara məscidlərdə Allahın adının zikr edilməsinə imkan verilməməkdir.” (Bax “Təfsir Əs-Saadi”).

Digər xəbərlər