Supermarketdən böyük ağac
1. 017 dəfə baxılıb
Businessinsider dünyanın ən enli ağacı barədə yazır. İnanmaq çətin olsa da, bu ağac Hindistanın Kəlküttə şəhərinin yaxınlığında, orta ölçülü Volmart mağazasından daha böyükdür.
Nəhəng Banyan ağacı uzaqdan meşəni xatırlatsa da, əslində, təqribən 14, 400 m2 ərazini əhatə edən çoxlu sayda yeraltı köklərdən ibarətdir.
Volmart mağazalarından əldə edilən son məlumata əsasən, orta ölçülü Volmart mağazasının sahəsi 9, 750m2-dir.
Böyük Banyan ağacı, yerə birləşən 3511 dayaq kökdən ibarətdir. Odur ki, ağac uzaqdan ayrı-ayrı ağaclar şəklində görünür. Bu ağac, dünyanın ən enli ağacı kimi “Ginnesin Rekordlar Kitabına” düşüb və hətta Hindistanda buraxılan markaların üzərində təsvir olunub.
Ziyarətçilər nəhəng Banyan ağacını Açarya Caqadiş Çandra Bos nəbatat bağında seyr edə və ağacın ətrafında inşa edilmiş yol boyu gəzişə bilərlər (Böyük Banyan ağacı yol boyunca genişlənməyə davam edərək, bir
növ tunel əmələ gətirib).
Ağacın hələ də məhv olmaması alimlərin təəccübünə səbəb olub. 1884 və 1886-cı illərdə baş vermiş qasırğalar zamanı, Böyük Banyan ağacı sınmış və onun gövdəsi kif göbələklərinin hücumuna məruz qalmışdır. 1925-ci ildə, ağacın gövdəsi çürüdüyü üçün qoparılmışdır.
Lakin, gövdəsiz olmasına baxmayaraq, ağac bu gün hələ də inkişaf edir.
Sələf Xəbər: Ənəs bin Malik Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) belə rəvayət edir: “Qiyamət qopduğu vaxt sizdən birinizin əlində bir ağac fidanı olarsa, qiyamət qopmazdan əvvəl onu əkməyə gücü çatarsa, əksin!” (Buxari “Ədəbul-Mufrad”da və İmam Əhməd rəvayət edib, Şuaybəl-Ərnəvut bu hədisin səhih olduğunu təsdiqləmişdir).