Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Sürixdə ticarət mərkəzində namaz otağı açıldı

Avqust 19
18:55 2014

“Sələf Xəbər” islam-today.ru saytına istinadən xəbər verir ki Sürix şəhərində (İsveçrə) ticarət mərkəzində müsəlmanlar üçün namaz otağı açıb.

“Jelmoli” adlı Ticarət Mərkəzinin administrasiyasının bu qərarı univermağın müsəlman alıcılarına ibadətlərini rahat və vaxtında yerinə yetirmələrinə kömək edəcək.

Ərəb dünyasından çoxsaylı qonaqlar ənənəvi olaraq isti yay aylarını İsveçrənin mülayim Alp iqlimində keçirməyə üstünlük verir. İslam ölkələrindən olan turistlər arasında ən məşhur ticarət mərkəzi isə bu böyük Sürix univermağıdır.
Əlavə edək ki, Jelmoli, Sürixdə müsəlmanlar üçün belə bir şərait yaratmış ilk ticarət mərkəzi oldu.

 Sələf Xəbər: Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) səhabələrinə demişdir: “Deyin görüm, sizlərdən hər hansı birinizin qapısı önündən bir çay axarsa və həmin şəxs o çayda gündə beş dəfə çimərsə, onun bədənində çirkdən əsər-əlamət qala bilərmi?” Ona qulaq asanlar: “Xeyr, ey Allahın Elçisi! Heç bir şey qalmaz” dedilər. Peyğəmbər: “Gündə beş dəfə qılınan namaz da buna bənzəyir. Allah qılınan namazla günahları silir” – deyə buyurdu. (Buxari 15775).

Digər xəbərlər