Suriya danışıqlarının növbəti raundu başlayır
895 dəfə baxılıb
Bu gün Suriya münaqişəsinin həlli üzrə Astana prosesi çərçivəsində danışıqların növbəti raundu başlayır.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, “İnterfaks” agentliyi xəbər verir ki, bu haqda Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anuar Jaynakov bildirib.
Jaynakov görüşlərin qapalı formatda keçiriləcəyini deyib.
ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Stüart Consun da Suriya üzrə danışıqların növbəti raundunda iştirak etmək üçün Qazaxıstan paytaxtına gəlib.
“Bütün nümayəndə heyətləri, həmçinin ABŞ-ın nümayəndəsi gəlib. O gecə gəldi”, – Jaynakov deyib.
Astana danışıqlarında qarant ölkələrin (Rusiya, İran və Türkiyə) nümayəndə heyətlərinə Rusiyadan prezidentin Suriya münaqişəsinin nizama salınması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev, Türkiyədən xarici işlər nazirinin Yaxın Şərq və Afrika məsələləri üzrə müavini Sedat Onal, İrandan isə xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Caberi Ənsari başçılıq edir.
Dəməşqi isə Suriyanın BMT yanında xüsusi nümayəndəsi Bəşər Cəfəri, silahlı Suriya müxalifətini isə “Ceyş-al-İslam” təşkilatının başçısı Məhəmməd Alluş təmsil edir.
Danışıqlara həmçinin BMT baş katibininn Suriya məsələləri üzrə xüsusi elçisi Steffan de Mistura, və İordaniya xarici işlər nazirinin siyasi məsələlər üzrə məsləhətçisi Nauaf Uasfi Tell qatılacaq.