“Suriya Kürdüstanı” nümayəndəlik açmaq istəyir
725 dəfə baxılıb
Bu cür addım rəsmi Ankaranın sərt reaksiyasına səbəb olacaq.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bununla əlaqədar Rusiya Xarici İşlər nazirliyində Demokratik Birlik Partiyasından olan Suriya kürdlərinin iştirakı ilə məsləhətləşmələrin keçiriləcəyi gözlənilir.
Kürdlərin qənaətinə görə, nümayəndəliyin Moskvada fəaliyyətə başlaması Suriyada İŞİD terror xəvaric qruplaşmasına qarşı mübarizədə tərəflərin əməkdaşlığına köməklik göstərə bilər. Rusiya Xarici İşlər idarəsində məlumatı hələ ki, təsdiqləməyiblər.
Öz növbəsində, türk diplomatik mənbələrindən “Kommersant”-a bildiriblər ki, bu cür addım rəsmi Ankaranın sərt reaksiyasına səbəb olacaq. Məlum olduğu kimi, Demokratik Birlik Partiyası Türkiyənin parçalanmasına çalışan PKK terror təşkilatının qoludur.