Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriya müxalifəti Astana sənədini imzalamaqdan imtina edib

Yanvar 24
16:08 2017

Suriya müxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommunikeni imzalamaqdan imtina ediblər.

Selefxeber.az xəbər verir ki, “APA”-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi bildirib. O deyib ki, Rusiya, Türkiyə və ola bilsin ki, İran sadəcə olaraq öz adlarından sənəd yayacaqlar. O, eyni zamanda qeyd edib ki, müxalifət atəşkəs barədə razılaşmanın detalları üzərində iş aparır: “Biz atəşkəsə çox ciddi yanaşırıq və xırda detallara belə çox diqqət ayırırıq”.

TASS Suriya hökumətinin də kommunikeni imzalamayacağını bildirib.

Qeyd edək ki, Astanada Suriya məsələsi üzrə danışıqlar yanvarın 23-də başlayıb. Danışıqlarda Rusiya, Türkiyə, İran və BMT nümayəndələri, həmçinin Suriya müxalifətinin və hökumətinin nümayəndələri iştirak edir.

Eurasiadiary.az-ın verdiyi məlumata görə isə, Suriya böhranı ilə əlaqədar Astanada keçirilən görüşdə Türkiyə, Rusiya və İran bu ölkədə hərbi əməliyyatların dayandırılması və atəşkəsin pozulması hallarına nəzarət məsələsində razılığa gəliblər.

Razılığa əsasən, bölgədə əməliyyat şəraitinə nəzarət olunması məqsədilə üçtərəfli mexanizmin qurulması qərara alınıb.

Gündəlik müşahidələr nəticəsində atəşkəsin pozulması hallarına rast gəlinərsə, Türkiyə, Rusiya və İran öz nüfuzlarından istifadə edərək əməliyyatların dayandırılması barədə münaqişə tərəflərinə təsir göstərəcək.

Sələf Xəbər: “Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.” (Müqəddəs Quran, “Ənfal” surəsi, 61-ci ayə)

Nüfuzlu Quran təfsirçisi, Əbdurrahman Əs-Saadi (Allah ona rəhmət etsin) bu ayəni şərh edərkən demişdir: “Sənin əleyhinə döyüşən kafirlər sülh müqaviləsi imzalamaq və döyüş əməliyyatlarına son qoymaq istəsələr, sən də sülh müqaviləsi imzalamağa razılaş və Allaha təvəkkül et! Həqiqətən, sülh sazişi bağlamaq böyük fayda gətirə bilər.

Birincisi, müsəlmanlardan həmişə sülhə və əmin-amanlığa can atmaq tələb olunur və əgər kafirlər birinci olaraq sülh bağlamaq arzusunu bildirirlərsə, müsəlmanlar bu təşəbbüsü müdafiə etməlidirlər.
İkincisi, döyüş əməliyyatlarına son verilməsi müsəlmanlara öz qüvvələrini toplamağa və zərurət yarandıqda növbəti döyüşlərə hazırlaşmağa imkan verir.

Üçüncüsü, sülh müqaviləsi imzalandıqdan sonra, düşmənçilik edən tərəflər bir-birini hədələməkdən vaz keçirlər və bir-birilərinin baxışları ilə daha yaxşı tanış ola bilərlər. İslam həmişə digər dinlərdən üstünlük əldə edir və heç bir din ona qalib gəlməyə qadir deyil. Buna görə hər bir ağıllı və sağlam düşüncəli insan İslam dinini qərəzsiz öyrənərsə, hökmən başqa dini əqidələrdən məhz ona üstünlük verər, axı İslam özünün gözəl hökmləri və müdrik qadağaları ilə fərqlənir, məxluqlara ədalətli və mehriban münasibət bəsləməyi öyrədir. Bu dində zülm etməyə və sıxıntı verməyə yer yoxdur və buna görə sülh sazişinin bağlanması İslamı qəbul etmək və ona etiqad göstərmək istəyənlərin sayının artmasına səbəb olur. Bu isə o deməkdir ki, sülh şəraitində yanaşı yaşamaq müsəlmanlara kafirlər üzərində qələbə çalmağa kömək edir.” (Bax “Təfsir Əs-Saadi”)

Digər xəbərlər