Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriya müxalifəti: Əl-Bab İŞİD-dən azad edildi

Fevral 23
18:21 2017

Suriyanın Əl-Bab şəhəri İŞİD xəvaric terror təşkilatının yaraqlılarından tamamən azad edilib.

Selefxeber.az-ın məlumatına görə, “Oxu.Az” TASS-a istinadən xəbər verir ki, bu bəyanat ilə Suriyanın Azadlıq ordusunun rəsmi nümayəndəsi Usama Abu Zeyd çıxış edib.

“Əl-Bab şəhəri Suriyanın Azadlıq ordusunun İŞİD ilə gərgin döyüşlərindən sonra tamamən azad edilib”, – onun sözlərini “Sky News Arabia” sitat gətirib.

Əl-Bab İŞİD-in Suriyadakı əsas dayaq nöqtələrindən biridir. Türkiyənin SQ və Suriyanın Azadlıq ordusu “Ərəfat qalxanı” əməliyyatı çərçivəsində son iki gün ərzində şəhəri azad etmək üçün qüvvələrini birləşdiriblər. Bir həftə öncə onlar şəhərin kvartallarına daxil olub, İŞİD yaraqlılarını oradan sıxışdırmağa müvəffəq olublar. Türkiyənin müdafiə naziri Fikri İşıq bir müddət sonra bu yaşayış məntəqəsinin rayonlarının yarısının türk və müxalifət ordusunun nəzarəti altında olduğunu bəyan etmişdi.

Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:

“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”

Digər xəbərlər