Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar

İyun 06
17:32 2017

Suriya müxalifəti alyansının “Suriya demokratik qüvvələri”nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar.

Selefxeber.az xəbər verir ki, “APA”nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, bunu alyansın nümayəndələrindən biri deyib.

O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə yanaşı döyüşüblər.

Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.

Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.

Digər xəbərlər