Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriya ordusu Hələbdə hərbi əməliyyatları dayandırıb

Dekabr 09
16:37 2016

Suriya ordusu dinc əhali kalonunu şəhərdən çıxarmaq üçün Hələbin şərqində hərbi əməliyyatları dayandırıb.

Selefxeber.az-ın məlumatına görə, “Report” RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu gün Şərqi Hələbdə aktiv hərbi əməliyyatlar dayandırılır. Ötən dövr ərzində dinc əhalinin ərazidən uzaqlaşdırılması üzrə ən irihəcmli əməliyyat həyata keçiriləcək”, – Lavrov deyib.

Rusiya XİN rəsmisi vurğulayıb ki, 8 min şəxsdən ibarət insan kolonu 5 kilometrə qədər yol qət edəcək.

Digər xəbərlər