Suriya qaçqınlarına 6 milyonluq yardım ayrıldı
Fevral 24
19:50
2015
766 dəfə baxılıb
“Sələf Xəbər” “əl-Ənbə” saytına istinadən xəbər verir ki, bu gün Yaponiyanın Xarici İşlər Nazirliyinin yaydığına görə, Tokyo Suriyada müharibə səbəbilə qaçqın düşmüşlərə və qonşu ölkələrə sığınmaq istəyənlərə 6 milyon dollar yardım ayıracaqdır.
Yaponiyanın Kyudu xəbərlər agentliyi bildirir ki, bu qərar terrora qarşı beynəlxalq birlik ilə əməkdaşlıqda humanitar yardımları genişləndirmək üçün Baş nazir Şinzo Abenin verdiyi vəd çərçivəsindədir.
Nazirliyin dediyinə görə, Yaponiya Suriyada, İordaniyada, Türkiyədə və Livanda olan qaçqınlara yorğan, soba və ərzaq paylayacaqdır.
Sələf Xəbər: Qeyri-müsəlmanın etdiyi yaxşılıq müqabilində Allah-Təala onun bu dünyada əvəzini verər və İslama gələrsə, yaxşılığı ona həm bu dünyada, həm də axirətdə fayda gətirər. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Bir qul İslama gələr və İslamı gözəl yaşayarsa, Uca Allah ona əvvəllər etdiyi hər bir yaxşı əmələ görə savab yazar. Onun əvvəllər etdiyi hər bir günahını da pozar”. (Nəsai rəvayət edib, Albani səhihləşdirmişdir. “Sunənu ən-Nəsai”, 3/1028)