Suriya rejiminə məxsus hərbi təyyarə Dəməşq yaxınlığında qəzaya uğrayıb
Sentyabr 21
16:53
2016
878 dəfə baxılıb
Bu gün Suriya rejiminə məxsus hərbi təyyarə Dəməşq şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin texniki nasazlıqdan, yoxsa zərbə nəticəsində qəzaya düşdüyü bilinmir.
Selefxeber.az-ın “Alarabiya”ya istinadən məlumatına görə bu haqda Suriya İnsan Haqları təşkilatı xəbər yayıb.
Məlumatda deyilir ki, təyyarə Dəməşq yaxınlığında Qəlmun adlı ərazidə qəzaya uğrayıb. Pilotların aqibəti haqqında heç bir məlumat verilməyib.