Suriya savaşının qurbanları – Şok rəqəmlər
1. 019 dəfə baxılıb
Suriya savaşının qurbanlarının sayı 331 min 765 nəfərə çatıb.
Selefxeber.az xəbər verir ki, “Axar.az”ın məlumatına görə, bu barədə informasiyanı Suriyada İnsan Haqlarını Müşahidə Şurası yayıb. Şura ölənlərin 100 min nəfərinin dinc sakin, 18 min 243 nəfərinin isə uşaq olduğunu bildirib.
Savaş zamanı həmçinin 116 min 774 Əsəd tərəfdarı olan hərbçi və 57 min nəfər qiyamçı qətlə yetirilib.
Sələf Xəbər: Təəssüf ki, bu gün müxtəlif növ nümayişlər, inqilablar, xaos və… haram edilmiş insan qanının tökülməsinə həsrət çəkən bir çox emosional insanlar var. Uca Allah bu vəziyyəti geniş əhatəli mənası olan ayədə belə təsvir edir: “Onlara: “Yer üzündə fəsad törətməyin!”– deyildiyi zaman: “Biz ki, ancaq xeyirxahlıq edənlərik!”– deyirlər.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 11-ci ayə).
Orta əsrin böyük İslam alimi şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyirdi: “Sünnə ardıcıllarının əksəriyyəti rəhbərlərə qarşı, hətta əgər onlar ədalətsizlik edirsə belə, üsyan etməyi və onlarla silahlı mübarizə aparmağı halal hesab etmirlər, səhih hədislər də bunu göstərir. Məsələ ondadır ki, döyüşlərin gətirib çıxaracağı fəsad və fitnənin yayılması döyüşsüz və fitnəsiz rəhbərlərin ədalətsizliyindən daha çox ziyan gətirəcəkdir. Demək olar ki, tarixə məlum olan hakimiyyət sahibinə qarşı bütün üsyanlar onlardan əvvəlki vəziyyətdən daha böyük şər ilə qayıdırdı”. (Bax “Minhəc əs-Sünnə ən-nəbəviya”, 3/390)