Suriya sərhədində azərbaycanlı canlı bombalar saxlanılıb: İkisi qadındır – FOTO
1. 370 dəfə baxılıb
Türkiyənin Suriya ilə sərhədində azərbaycanlı canlı bombalar tutulub.
Selefxeber.az xəbər verir ki, “Oxu.Az”ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əmniyyət və jandarmanın İnanlı kəndi yaxınlığında bərabər keçirdiyi əməliyyat zamanı İŞİD xəvaric terror təşkilatının beş üzvü saxlanılıb.
Onların üzərində çoxsaylı patlayıcı maddə və canlı bomba gödəkcələri olub.
Saxlanılanlar arasında azərbaycanlılar da var: Sərxan Əliyev (29), Gülnur Şirməmmədova (37) və Nazənin Zeynalova (42).
Onlarla bərabər Bosniya və Herseqovina hökuməti tərəfindən axtarışa verilən Begzat Spahiç (37) və Anaçtaçnır Pozdiva (44) ələ keçib.
Sələf Xəbər: Mədinənin böyük alimi Şeyx Əbdül Muhsin Əl-Abbad (Allah onu qorusun) “Bir çoxları deyir ki, hal-hazırda mövcud olan İslam Dövləti (İŞİD) xəvariclərdir. Bu doğrudurmu?” sualına belə cavab vermişdir:
“Şübhəsiz ki, belədir. Onların sifətləri və əməlləri dəlildir ki, onlar xəvaricdir.
Bu İslam dövləti deyil, İŞİD-dir. Onları İŞİD adlandırmaq lazımdır. Bu ad onlar üçün daha münasibdir. Məgər İslam dövlətində insanların başını bıçaqla kəsirlər? Məgər İslam dövlətində fəsad yayılır və günahsız insanlar qətlə yetirilir? Xülasə, onların (İŞİD-in) İslama aidiyyəti yoxdur.”