Suriya üzrə danışıqlar yanvarın 25-də Cenevrədə keçiriləcək
Yanvar 19
17:35
2016
649 dəfə baxılıb
Suriya üzrə danışıqlar yanvarın 25-də Cenevrədə baş tutacaq.
“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bəyan edib.
“Danışıqlar yanvarın 25-də keçirilməlidir. Bütün hazırlıq işləri artıq tamamlanıb”, – deyə V.Çurkin qeyd edib.
Qeyd edək ki, bu gün Təhlükəsizlik Şurasının qapalı iclasında Suriya üzrə BMT-nin xüsusi elçisi Staffan de Mistura görüşə hazırıq barədə məlumat verəcək. İclasdan əvvəl o, prosesdə iştirak edən bütün tərəflərin əməkdaşlığa hazır olduqlarına dair ümid etdiyini bildirib.
Sələf Xəbər: Uca Allahdan bütün müsəlmanların mənəvi və dünyəvi vəziyyətini düzəltməyini diləyirik. Amin!