Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyada Turk ordusuna hücum edildi

Noyabr 24
17:22 2016

“Fırat Kalkanı” (“Fərat qalxanı” ) əməliyyatının davam etdiyi Suriyanın Əl-Bab bölgəsində Türkiyə hərbçilərinə edilən hücum nəticəsində 3 əsgər şəhid olub, 7-si yaralanıb.

Selefxeber.az -ın məlumatına görə, “Report” “CNNTürk”ə istinadən xəbər verir ki, yaralı hərbçilər Türkiyənin Qaziantep və Kilisdəki xəstəxanalara yerləşdirilib.

Məlumata görə, Türkiyə hərbçilərinə hücumu terrorçu İŞİD qruplaşması törədib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Əl-Babda türk hərbçilərinə edilən hücumla bağlı açıqlama yayıb. Baş Qərargahdan bildirilib ki, Suriyadakı Bəşşar Əsəd rejiminə bağlı silahlılar Türkiyə hərbiçilərinə hücum edib.

“Suriyada rejim güclərinin hava hücumu nəticəsində 3 qəhrəman əsgərimiz şəhid olub, birinin vəziyyəti ağır olmaqla 10 hərbçimiz yaralanıb”, – deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 93 gündür Suriya ərazisində “Fırat kalkanı” adı altında antiterror əməliyyatı keçirir.

Sələf Xəbər: Mədinə İslam Universitetinin islam ideologiyası kafedrasının professoru, İslam hüququ üzrə doktor şeyx Salih Suheymi (Allah onu qorusun) demişdir:“Xəvariclərin konkret məqsədləri yoxdur. Avamlıq, cahillik və şovinist şüarları altında savaşırlar. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Cahillik bayrağı altında vuruşanlar bizdən deyil”(Muslim).
Bu o kəslərdir ki, şovinizm üçün döyüşür və ya şovinizmə çağırırlar. Bu insanlar – cahil, avam, yaşları az, ağıldan kəmdirlər.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onlardan (xəvariclərdən) çəkindirir və deyirdi: “Onları harada görsəniz öldürün. Əgər mən onların zamanına yetişə bilsəydim, onları eynilə Ad qövmünün öldürüldüyü kimi öldürərdim” (Əl-Buxari).
Həmçinin o (Allahın ona salavat və salamı olsun), demişdir: “Öldürülmüşlərin ən xeyirliləri onların öldürdükləridir. Eləcədə, göy qübbəsi altında öldürülənlərin ən şərliləri də məhz onlardır!”(Tirmizi).”

Digər xəbərlər