Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyalı uşaqdan dünyaya mesaj: “Siz müharibəni dayandırın…” – VİDEO

Sentyabr 04
17:35 2015

Avropa hazırda müharibədən qaçqın düşərək axın edən yüz minlərlə qaçqını müzakirə edir.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, Almaniya kimi bir çox Avropa ölkələrində ksenofobiya pik həddinə çatıb, qaçqın düşərgələri aramsız təcavüzə məruz qalır.

“Siz müharibəni dayandırın, biz onsuz da sizin ölkələrinizə gəlmək istəmirik”

Ailəsiylə Suriyadan qaçan 13 yaşlı Kənan isə hazırda Macarıstanda polisin ölkədə qaçqın statusu izni verməsini gözləyir. Keçdikləri ölkələrdə xoş qarşılanmadığını deyən Kənan dünya liderlərinə bir mesaj verib : “Siz müharibəni dayandırın, biz onsuz da sizin ölkələrinizə gəlmək istəmirik”.

İnsanlar Suriyalıları sevmir

İnsanlar suriyalıları sevmir. Serbiyada, Macarıstanda, Makedonyada,Yunanistanda da. Mesajım bundan ibarətdir, suriyalılara yardım edin. Suriyalıların dərhal köməyə ehtiyacı var. Yalnız müharibəni dayandırın biz Avropaya gəlmək istəmirik. Sadəcə, Suriyadakı müharibəni dayandırın”.

🎬

Sələf Xəbər: Uca Allah bizə İslam düşmənlərinin hiylələrinə qarşı ən yaxşı mübarizə üsulunu bildirərək deyir: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)

Nüfuzlu Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhmət etsin) yazırdı: “Qeyri-müsəlmanların müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)

Beləliklə, problemin həlli təqva və səbir göstərməkdədir. Başqa sözlə, Uca Allah müsəlmanlara heç nəyin zərər verməyəcəyini bildirir, çünki müsəlmanlar Uca Allahın bütün vacib hökmlərini yerinə yetirərək və Onun qadağan etdiyi hər bir şeydən çəkinərək öz dinlərinə tam şəkildə etiqad etdiyi halda Allah onlara Öz düşmənlərinə qarşı kömək göstərəcəkdir.

Uca Allahdan müsəlmanlara səbir verməsini və Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın dediyi kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)

Digər xəbərlər