Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Suriyanın İdlib və Hələb şəhərinə aviazərbə – 68 ölü, 78 yaralı

Dekabr 05
17:38 2016

Bəşər Əsəd rejiminə məxsus hərbi qüvvələr tərəfindən Suriyanın İdlib və Hələb vilayətlərinə qurudan və havadan endirilmiş zərbələr nəticəsində onlarla insan həyatını itirib və yaralanıb.

Selefxeber.az-ın “Report“a istinadən xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Suriyanın şimalındakı İdlib və Hələb vilayətinin bombardman edilməsi zamanı 68 nəfər ölüb, 78 nəfər yaralanıb. Ölənlərin əksəriyyətinin mülki vətəndaşlar olduğu bildirilir.

İdlibin Marret el Numan rayonunun mülki müdafiə qüvvələrinin rəsmisi Əbdüləziz Kiytaz agentliyə bildirib ki, Suriya ordusuna aid hərbi təyyarələrin motosikl bazarını bombalaması nəticəsində 27 mülki şəxs ölüb, 40 nəfər yaralanıb.

Kiytaz həmçinin bombardmana məruz qalmış ərazidə böyük dağıntıların baş verdiyini, çoxlu sayda iş yerinin istifadəsiz hala düşdüyünü də vurğulayıb. Bəşər Əsəd rejiminə məxsus hərbi təyyarələrin Kafr Nabl rayonuna etdiyi hücumlar nəticəsində isə 12 nəfər ölüb, 23 nəfər yaralanıb.

“Rejim bu gün İdlib vilayətində satış meydanlarını və bazarları hədəfə alıb. Əsədə məxsus hərbi qüvvələrin hücumları zamanı çoxlu sayda insan yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Rejim hücumlarını Hələbdən sonra İdlibə istiqamətləndirib” – deyə Kiytaz bildirib.

Məlumatda həmçinin vurğulanır ki, son 19 gündə ölkədə 773 nəfər mülki vətəndaş həyatını itirib.

Sələf Xəbər: Uca Allah zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).

Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).

Digər xəbərlər