Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tailand 250-dən çox uyğur türkünü “ölümə məhkum edib”

İyul 09
14:45 2015

Tailand hökuməti ölkəsinə sığınan 250-yə yaxın Uyğur türkünü Çinə təhvil verib.

“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, bu barədə Tailandda yerləşən insan haqları təşkilatları açıqlama yayıblar.

Aralarında qadın və uşaqların da olduğu Şərqi türküstanlılar göz yaşları və qorxu içində ekstradisiya edilmək üçün avtobuslarla Çinə göndərilib.

İnsan haqları təşkilatları ekstradisiya edilən Uyğur türklərinin edam edilməsindən ehtiyyat etdiklərini bildiriblər.

Sələf Xəbər: Uca Allah buyurur: “…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür”. (Qurani-Kərim, “Maidə” surəsi, 32-ci ayə)

Digər xəbərlər