Tailand uyğurların vəziyyətini bilmək üçün Çinə heyət göndərəcək
1. 022 dəfə baxılıb
Tailanddan bir heyət keçən həftə Çinə göndərilən 109 Uyğur türkünün vəziyyətinə baxmaq üçün Pekinə gedəcək.
“Sələf Xəbər” Avropa.infoya istinadən xəbər verir ki, ölkənin Çinə təhvil verdiyi Uyğur türklərinin vəziyyətinə baxmaq üçün bu ölkəyə gələcək heyətə Tailand Milli Təhlükəsizlik Şurasının Baş katibi Anusit Kunakorn rəhbərlik edəcək.
Tailandın dövlət rəsmiləri sabahdan etibarən üç gün ərzində hər bir uyğurun nə vəziyyətdə olduğuna və verilən sözlərə uyğun şərtlərin yaradılıb yaradılmadığına baxacaqlar.
Bundan başqa rəsmi Pekindən uyğurlarla bağlı vəziyyət haqda dünya ictimaiyyətinə açıqlama verilməsi tələb olunacaq.
Kunakorn verdiyi açıqlamada uyğurların Türkiyəyə, ya da Çinə tələsik bir şəkildə göndərilmədiklərini, bir ildən çox müddət ərzində nəzarət düşərgələrində saxlanılıb, vəziyyətlərinin beynəlxalq hüquq çərçivəsində müzakirə olunduğunu bildirib.
Xatırladaq ki, Uyğur türklərinin Tailanddan Çinə gətirilərkən əllərinin bağlı, başlarına isə torba keçirilmiş vəziyyətdə olduqları haqda video yayılmışdı.
Sələf Xəbər: Uca Allah buyurur: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz”. (Qurani-Kərim, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər”. (Bax: “Təfsir Əs-Saadi”)