Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tailandda məscidlərin sayı artır

Oktyabr 07
16:33 2016

Son zamanlar buddizmin üstünlük təşkil etdiyi Tailandda məscidlərin sayının artması muşahidə olunub.
Bu ölkədə İslam dini tərəfdarlarının azlıq təşkil etməsinə baxmayaraq, Asiya ölkələrinin müsəlman icmaları sürətlə artır ki, bununla da əlaqədar olaraq məscidlərin də sayı çoxalır.

Müsəlmanlar üçün ibadət yerlərdən biri hazırda Phuketdə inşa edilir. Kamala ərazisindəki məscid balıqçılıqla məşğul olan kəndin yaxınlığında yerləşir.

Phadungsat məscidinin tikintisinə 2 il əvvəl Ramazan ayı ərəfəsində imamın Phuket şəhərinə ziyarətindən sonra başlanılıb. Müsəlmanlar üçün şəhərdə məscidin inşası isə Səudiyyəli xeyriyyəçinin tikintiyə ayırdığı 35 min dollar vəsait hesabına mümükün olub.

Nəzərinizə çatdıraq ki, Tailandda yaşayan müsəlmanlar ölkə əhalisinin cəmi 5 faizini təşkil edir. Lakin Phuket şəhərində İslam dini ardıcılları daha çoxdur və 20 faiz təşkil edir. Həm də onların əksəriyyəti yerli əhalinin nəslindən olan müsəlmanlardır.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər