“Taliban”ın yeni lideri qətlə yetirildi
712 dəfə baxılıb
“Taliban” terror hərəkatının lideri Aktar Məhəmməd Mənsurun atışma zamanı aldığı yaralardan öldüyü məlum olub.
“Sələf Xəbər”in “Ölkə.Az”a istinadən xəbərinə əsasən bir çox dünya KİV-ləri “Taliban” terror hərəkatının lideri Aktar Məhəmməd Mənsurun atışma zamanı aldığı yaralardan öldüyünü bəyan edib.
Bildirilir ki, o, bir müddət öncə digər qruplaşma rəhbərləri ilə mübarizə nəticəsində ağır yaralar alıb. Onun yeni rəhbər seçilməsindən sonra “Taliban”ın iki yerə parçalandığı deyilirdi.
Bir neçə ay öncə “Taliban” hərəkatı yeni liderini seçib. Qeyd olunur ki, bu şəxs məhz Aktar Məhəmməd Mənsur idi.
Əfqanıstan höküməti və kəşfiyyat qrupları “Taliban” terror təşkilatının lideri Molla Ömərin 2 və ya 3 il bundan qabaq öldüyünü açıqlanmışdı. Molla Ömərin 2013-cü ilin iyul ayında Talibandan ayrılan Əfqanıstan İslam Hərəkatı “Fidai-e Mahaz”ın komandirləri tərəfindən öldürüldüyü iddia edilirdi.
Taliban lideri SSRİ işğalının başlaması ilə dini təhsilini yarıda qoyaraq, sovet əsgərlərinə qarşı döyüşməyə başlamışdı. Həmin döyüşlərdə bir gözünü itirən lider “üzü olmayan insan” olaraq tanınırdı.
Qeyd edək ki, Molla Ömər haqqında daha əvvəllər də ölüm xəbərləri çıxıb, amma Əfqanıstanın heç bir yüksək səlahiyyətli şəxsi bu xəbəri təsdiq etməyib.
Sələf Xəbər: XX-ci əsrin məşhur İslam alimi İbn Useymin (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, ağıl sahibi olan heç kəs, xüsusilə dindarlar, belə işlərdən (terror aktları) məmnun ola bilməz. Bir halda ki, bu Qurana və Sünnəyə ziddir, bunda İslam üçün həm daxildən, həm də xaricdən ziyan vardır. Bu böyük cinayətdir, əlbəttə ədalətsizlər müvəffəqiyyət qazanmayacaqlar. Tezliklə, Allahın izni ilə onlar öz əməllərinin qarşılığını bütünlüklə alacaqlar. Elm tələbələrinin xəvariclərin yolunun iyrənc yol olduğunu insanlara izah etmələri mütləqdir.” (“Fatava əş-şəriiyə fi kədaya əl-asriyə” 47).