Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tanınmış şirkətdə hicab davası

İyul 22
16:31 2015

“Abercrombie&Fitch” şirkəti hicablı olduğu üçün işə götürmədiyi müsəlman qadına 25 min dollar təzminat ödəyib.

ABŞ-ın Oklahoma ştatında doğulan Samanta Elauf adlı müsəlman qadın 2008-ci ildə 17 yaşındaykən həmin ştatın Tulsa şəhərindəki “Abercrombie & Fitch” mağazasının uşaq şöbəsinə işə düzəlmək üçün müraciət edib. Lakin hicabın mağazanın geyim siyasətinə zidd olduğu səbəbiylə işə qəbul edilməyib.

“Sələf Xəbər”in Türkiyə mediasına istinadən məlumatına görə, məhkəmə qeydlərində Elaufun hicabla iştirak etdiyi iş müsahibəsinin mağazanın müdir müavini tərəfindən təsdiq edildiyi, lakin sonradan işə qəbulun daha yuxarı rəhbər tərəfindən rədd edildiyi bildirilib.

ABŞ-ın Bərabər İş İmkanları Komissiyası (EEOC) adlı federal qurumu tərəfindən Elaufun adına açılan məhkəmə işində əvvəl Tusladaki bölgə məhkəməsi onun lehinə qərar çıxararaq şirkətin 20 min dollar təzminat ödəməsinə hökm vermişdi. Ancaq sonradan Denverdəki kassasiya məhkəməsi Elaufun hicabı dini səbəblə geyindiyini bildirərək şirkətin xeyrinə qərar çıxarmışdı.

Alt məhkəmələrdəki proseslərdən sonra məhkəmə işi 2014-cü ilin oktyabrında Ali Məhkəməyə təqdim olunub. Nəhayət, məhkəmə heyəti 8:1 nisbətində səslə işə müraciəti edənlərin və işçilərin dini tələbatlarının yerinə yetirməsi üçün lazımi mühit ilə təmin edilməsinin zəruriliyini bildirərək Elaufun lehinə qərar verib.

Ali məhkəmənin qərarına əsasən, “Abercrombie & Fitch” şirkəti Samanta Elaufa 25 min dollar təzminat ödəməyi qəbul edib.

Xatırladaq ki, ABŞ-da 1964-cü ildə qəbul edilən Mülki Hüquqlar Qanunu sahibkarlara öz işçilərinə dini inanclara görə ayrı-seçkilik qoyulmasını qadağan edir.

Sələf Xəbər: Xatırladaq ki, İslam qaydalarına əsasən, hicab müsəlman qadınları üçün mütləq geyimdir.
Uca Allah buyurur: “Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabahdan müsəlmanlara səbir verməsini və bizim hamımızın Tək Ona olan ibadətimizi asanlaşdırmasını diləyirik. Uca Allahın buyurduğu kimi: “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr!” (Qurani-Kərim, “əl-İnşirah” sürəsi, 5-ci ayə)ları ilə örtünsünlər…” (Qurani-Kərim, “Əhzab” surəsi, 59-cu ayə)
Uca All

Digər xəbərlər