Tatarıstanda “Hizbut Təhrir” qruplaşmasının 8 lideri saxlanılıb
883 dəfə baxılıb
“Sələf Xəbər” islam-today.ru saytına istinadən xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Hizbut Təhrir” beynəlxalq terror təşkilatının fəaliyyətinin qarşısını almaq üçün keçirdiyi xüsusi əməliyyat nəticəsində bu qadağan edilmiş təşkilatın Tatarıstandakı 8 lideri saxlanılıb.
20 ünvan üzrə keçirilmiş axtarışda “bu təşkilatın xeyli sayda kağız və maqnit daşıyıcılarda təbliğat materialı” aşkar edilərək götürülüb, FTX İdarəsinin mətbuat xidməti xəbər verir.
Qadağan edilmiş təşkilatının üzvlərinə qarşı Cinayət Məcəlləsinin 205.5-ci maddəsi (terror təşkilatının fəaliyyətinin təşkili və belə təşkilatın fəaliyyətində iştirak) ilə cinayət işi açılıb. Göstərilən maddə 10 il həbs cəzasını nəzərdə tutur.
Saxlanılan şəxslərin bir hissəsi “Hizbut Təhrir” təşkilatının fəaliyyətinin təşkilinə görə dəfələrlə məhkum olunub.
Sələf Xəbər: “Hizbut-Təhrir Əl-İslamiya” (eyni zamanda “İslam azadlıq partiyası” adlandırılır) – hədəfi bütün müsəlman ölkələrində hakimiyyətə gəlmək olan ekstremist xəvaric qruplaşmasıdır. Təşkilatın əsası 1953-cü ildə Şərqi Yerusəlimdə yerli şəriət apelyasiya məhkəməsinin hakimi Takiuddin ən-Nəbhani tərəfindən qoyulub.
Görkəmli Yəmən alimi, mərhum şeyx Muqbil bin Hadi (Allah ona rəhmət etsin) “Hizbut-Təhrir” firqəsinin bəzi yanlış fikirlərini izah edib: ““Hizbut-Təhrir” – iyrənc partiyadır, hansı ki, İordaniyada yayılmağa başladı. Bu partiya “Müsəlmanlar Qardaşlar” partiyasından ayrılma nəticəsində meydana çıxdı. “Müsəlmanlar Qardaşlar” partiya lideri ən-Nəbhaniyə qayıtması üçün yazsalar da, o bundan imtina etdi. Şəriət məsələlərində bu partiya deyir: “Biz yalnız məntiqə və ağıla uyğun olanları götürürük” ( yəni onlar Quranın müqəddəs mətnlərini və Sünnəni əsas olaraq götürmürlər). Bu səbəbdən onlar qəbir əzabını, Dəccalın (Antixrist) meydana çıxmasını inkar edirlər. Onlar həmçinin əxlaq məsələlərinin öyrənilməsinə və elm tələb etməyə əhəmiyyət vermirlər. Və bu da ona görədir ki, bu partiya öz fəaliyyətinə ancaq siyasi fikirlərdən irəli çıxaraq başladı”. (Bax “Tuhfətul-mucib ‘alə asilə əl-hadır vəl-q’ar”)