Tayvanın sərnişin təyyarəsi çaya düşdü – FOTO
943 dəfə baxılıb
Tayvanın paytaxtı Taybey şəhəri yaxınlığında “TransAsia” aviaşirkətinə məxsus ATR 72-600 təyyarəsi enərkən qəzaya uğrayıb. Təyyarə Sunşan aeroportundan Tszinmen adasına uçurmuş.
“Sələf Xəbər”in t24.com.tr-yə istinadən xəbərinə görə, Taipei çayına düşən təyyarədə 54 sərnişin və 4 nəfər ekipaj qrupu olub. Onlardan 18 nəfəri sağ-salamat göyərtəni tərk edə biliblər.
Xilas olmuş sərnişinlər salondakı digər sərnişinləri xilas etməyə cəhd göstəriblər. İlkin məlumata görə, qəza nəticəsində 9 nəfər ölüb. Xilas etmə işləri davam edir. Qəza hadisəsi yoldan keçən maşınların videoregistratorlarına düşüb.
Sələf Xəbər: Uca Allah buyurur: “Heç kəs sabah nə qazanacağını bilə bilməz, heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.” (Qurani-Kərim, “Loğman” surəsi, 34-cü ayə)
“Yalnız Uca Allah bilir ki, insanı sabahkı gündə hansı maddi və mənəvi nəaliyyətlər gözləyir. Təkcə Allaha məlumdur ki, insana harada ölməsi nəsib olacaqdır. Bu şeylər haqqında biliklərə Allahdan başqa heç kim sahib deyildir və bu – Allahın elminin cüzi bir hissəsidir ki, tamamilə bütün varlıqları əhatə edir. Bilən və Xəbərdarolan adları – Allahın gözəl adları arasındadır. Ona aşkarda və qeybdə olanlar da, gizlində və açıqda olanlar da məlumdur.” (Bax: “Təfsir Əs-Saadi”).