Təhlükələrlə mübarizədə vahid ordu təklifi
783 dəfə baxılıb
Vahid ərəb və Avropa ordularının yaradılması müzakirə edilir.
Ərəb dövlətlərinin Liqasının baş katibi Nabil əl-Arabinin regionda təhlükələrlə (təhdidlərlə) mübarizə üçün vahid ərəb qoşunlarının yaradılması ehtiyacı olduğunu vurğulayıb.
“Sələf Xəbər” bu barədə Trend-ə isitinadən məlumat verir.
Ərəb hökumətləri terrorizmlə mübarizə, dünyanın qorunması, humanitar köməyin çatdırılması və mülki əhalinin müdafiəsi üçün birgə ordunun yaradılması haqqında məsələyə baxmalıdır, əl-Arabi Qahirədə keçirilən Xarici İşlər nazirlərinin iclasında bildirib.
“Bu sualın müzakirəsi kollektiv məsuliyyətə əsaslandırılmış şəkildə olmalıdır”, – deyərək əl-Arabi qeyd edib.
Avrokomissiyanın rəhbəri Jan-Klod Yunker bundan öncə vahid Avropa ordusunun yaradılması haqqında təklif irəli sürüb.
Onun təklifini Almaniyanın kansleri Angela Merkel də dəstəkləyib.
Sələf Xəbər: Uca Allah buyurur: “(Düşmənlərə) qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız”. (Qurani-Kərim, “Ənfal” surəsi, 60-cı ayə)