Tehranda silahlı hücumlar: Ölən və yaralananların sayı açıqlandı – FOTO
1. 038 dəfə baxılıb
Tehranda Milli Məclis və Xomeyni mavzoleyində törədilən terror aktı nəticəsində 33 nəfər yaralanıb.
“Selefxeber.Az“ “APA“-ya istinadən xəbər verir ki, yaralılar müxtəlif xəstəxanalara çatdırılıb. Onlardan ikisi xəstəxanada ölüb.
İranın Təcili Tibbi Yardım Xidməti yaralanan şəxslərin adlarını açıqlayıb. Onların arasında qadınlar da var.
Qeyd edək ki, bu gün eyni vaxtda İran parlamentinə və Xomeyninin türbəsinə silahlı hücum olub. Parlamentə hücum nəticəsində 7 nəfər həlak olub. Silahlılar daha 4 nəfəri isə girov saxlayırlar. Xüsusi təyinatlılar onların xilas edilməsi üçün əməliyyat keçirir.
Xomeyninin mavzoleyinə hücum edən dörd nəfərdən biri özünü partladıb, bir nəfər isə kimyəvi maddə içərək özünü öldürüb. Mavzoleyə hücum nəticəsində xeyli yaralının olduğu bildirilir.
Tehranda metroda partlayış olub.
APA-nın xəbərinə görə, bu barədə Rusiyanın “Life news” saytı İranın bəzi mətbu orqanlarına istinadən məlumat yayıb.
Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. Partlayışın Xomeyni metro stansiyasında baş verdiyi bildirilir.
Xatırladaq ki, bu gün İran parlamentinə silahlı hücum olub. Atışma zamanı yaralananlar olub, onlardan biri ölüb. Dörd nəfərin tutulduğu deyilir.