Terror aktını törədənlər Suriyada döyüşmüş “əl-Qaidə” terror təşkilatının üzvüləridir
1. 013 dəfə baxılıb
Parisdə terror aktını törədən silahlılar Suriyada döyüşüblər.
“Sələf Xəbər” APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Fransanın “Le Point” jurnalı yazıb.
Məlumata əsasən, polis artıq üç terrorçulardan ikisinin şəxsiyyətini müəyyənləşdirib. Onların hər ikisi, 32,34 yaşlı Əlcəzair mənşəli Fransa vətəndaşlarıdır.
Terrorçular 2014-cü ilin yayında Suriyadakı silahlı münaqişə zonasından Fransaya qayıdıblar. Fransa polisi digər təfərrüatlar barədə hələlik məlumat vermir.
Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum edən terrorçular açıq şəkildə bəyan ediblər ki, Yəməndə fəaliyyət göstərən “əl-Qaidə” terror təşkilatının üzvləridir.
“Sələf Xəbər” Trend-ə istinadən verdiyi məlumata əsasən, baş vermiş hadisədən bir müddət əvvəl terrorçular yoldan keçənlərə onların terror qruplaşmasının üzvlərinin olmasını KİV-lərə çatdırmağı deyiblər: “KİV-lərə çatdırın ki, bunu Yəməndəki “əl-Qaidə” edib”.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.
Sələf Xəbər: “Yolunu azmış radikal firqələr yanlışlıqla güman edir ki, İslamın hədəfi qeyri-müsəlmanların məhvi yolu ilə islam dövlətinin yaradılmasıdır. Lakin bu İslamın hədəfi deyildir. İslam insanlara tövhidi öyrədərək və onlara yaxşılıq etməyi əmr edərək onlara Haqqın sözünü çatdırmaq üçün gəlib.
Cihada gəlincə, bu Allaha ibadətin növlərindən biridir və onun öz şərtləri var. Cihadın məqsədi İslamın müdafiəsi və fəsadın qarşısını almaqdır.
Şübhə yoxdur ki, terror aktları, o cümlədən intiharçıların törətdikləri partlayışlar, nəticəsində dinc insanların həlak olması özü-özlüyündə artıq fəsaddır və bunu heç cür cihad adlandırmaq olmaz”. (“Məcmu əl-Fətəva və ər-Rəsaail”)