Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Terrorçu-xəvariclər Fransa vətəndaşını edam etdi

Sentyabr 26
11:39 2014

Sələf Xəbər”-in İnterpress-ə istinadən verdiyi xəbərə görə, “İraq Şam İslam Dövləti” (İŞİD) terror xəvaric qruplaşması tərəfindən girov götürülən Fransa vətəndaşı Erve Qurdel edam olunub. Məlumatı Əl-Ərəbiyyə telekanalı yayıb.

Məlumata görə, Əlcəzairin şərqində yerləşən Tizi-Uzu şəhəri yaxınlığında girov götürülmüş Erve Qurdelin edam edilməsi faktını terrorçuların yaydığı “Fransa hökumətinə qanlı məktub” adlı video təsdiqləyib.

Xatırladaq ki, bundan bir müddət əvvəl internet vasitəsilə Fransa vətəndaşının video görüntüləri yayımlanmışdı. Edam edilən Erve Qurdel Fransanın prezidenti Fransua Ollanddan İraqda terrorçulara qarşı əməliyyatda iştirak etməməyi xahiş etmişdi.

“…Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür.”

Qurani Kərim, “Maidə” surəsi, 32-ci ayə

Digər xəbərlər