Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Terrorçuluqda şübhəli bilinən ABŞ səfirliyi əməkdaşı Qahirədə həbs edildi

İyun 11
15:01 2015

ABŞ-ın Qahirədəki səfirliyinin əməkdaşı terrorçuluqda şübhəli bilinərək, Misirin dövlət təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

“Sələf Xəbər”in AZƏRTAC-a istinadən məlumatına görə həbs edilən şəxs təhlükəsizlik orqanının əməkdaşı olmuş 42 yaşlı Əhməd Əlidir. Misirin Dövlət Təhlükəsizliyi Prokurorluğu onu islamçı “Heluan briqadası” terror qruplaşmasının fəaliyyəti ilə əlaqəsi olmaqda ittiham edir. Qurumun fikrincə, Əhməd Əli nəinki bu qruplaşmaya rəhbərlik edib, həm də paytaxt kənarında yerləşən Heluan şəhərində məhkəmə binasının partladılması və yandırılması da daxil olmaqla 13 hücumda bilavasitə iştirak edib.

Amerika diplomatik missiyasının rəsmi nümayəndəsi səfirlikdə işləyən Misir vətəndaşının saxlandığını təsdiqləyib. Qeyd edib ki, onlar ittiham irəli sürülməsi və digər hüquqi proseslərlə bağlı Misirin müvafiq qurumu ilə əlaqə saxlayırlar.

Sələf Xəbər: XX əsrin görkəmli İslam alimi Əbdüləziz bin Bəz (Allah ona rəhmət etsin) deyib: “Şübhə yoxdur ki, bu terror aktlarını törədənlər Allaha və Qiyamət gününə iman etməyənlərdir. Allaha və Qiyamət gününə həqiqi iman etmiş kəslər arasında küllü ziyan və böyük fəsad gətirən belə iyrənc cinayət törədənləri tapmazsan. Belə əməlləri yalnız qəzəb, nifrət, paxıllıq və azarla dolub-daşan eyibli qəlb sahibi, qəlbində Allaha və Onun elçisinə (Allahın ona salavat və salamı olsun) həqiqi iman olmayan kəslər edə bilər!” (“Fətava İbn Baz”, 7/120)

Digər xəbərlər