Terrordan sonra amerikalılar müsəlmanlara necə yanaşır
976 dəfə baxılıb
“Reuters/Ipsos” agentliyinin ABŞ-da apardığı sorğu nəticəsində məlum olub ki, amerikalıların 51%-i ABŞ müsəlmanları ilə diğər icmalar arasında fərq qoymur. Sorğuda iştirak edənlərin yalnız 14,6%- i müsəlmanlara qorxu hissi ilə yanaşır.
“Sələf Xəbər”in “Al-Arabiyya”ya istinadən məlumatına görə, “Reuters/Ipsos” agentliyi Paris və San-Bernardino şəhərlərinə terror hücumundan sonra ilk dəfə bu məzmunda sorğu keçirib.
Sosioloji araşdırma nəticələri zamanı vətəndaşların müsəlmanlara yanaşma tərzinin partiya mənsubiyyəti və siyasi baxış tərzindən asılı olduğu ortaya çıxıb. Belə ki, sorğuda iştirak edən demokratların 60%-i müsəlmanlara müsbət yanaşdığı halda, bu göstərici respublikaçılar arasında yalnız 30% təşkil edir.
ABŞ-ın Prinston Universitetinin siyasi elmlər professoru Amani Camalın sözlərinə görə, sorğunun nəticələri müsəlmanlara qarşı sağlam fikir və yanaşma tərzinin olduğunu göstərsə də, cəmiyyətdə islamafobiyanın artmaqda olduğunu da göstərir.
“Əgər terrorizmin bütün cəhdləri müsəlmanlar və qərblilər arasında münasibətlərin pozulmasına yönəldilibsə, onda təəssüf ki, onlar bu istiqamətdə uğurlar qazanir”.- deyə, ekspert bildirib.
Sələf Xəbər: “Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz.” (Müqəddəs Quran, “Ali İmran” surəsi, 120-ci ayə)
“Kafirlərin müsəlmanlara bəslədiyi bu qatı nifrəti izah etdikdən və onların yaramaz keyfiyyətlərini xatırlatdıqdan sonra Uca Allah iman gətirmiş qullarına əmr edir ki, səbir etsinlər və müttəqiliyə etiqad etsinlər. Onlar bu tələbləri yerinə yetirsələr, onda düşmənlərin fitnə-fəsadı onlara heç bir ziyan vura bilməz, çünki Allah Öz elmi ilə həm kafirləri və həm də onların niyyət etdikləri cinayətləri və fitnə-fəsadları da əhatə edir. O, müsəlmanlara vəd edir ki, əgər onlar Ondan qorxsalar, onda heç kim onlara zərər vura bilməz və onlar vədə şübhə etməməlidirlər.” (Bax “Təfsir Əs-Saadi”)