Təyyarəni köməkçi pilotun qəzaya uğratdığı təsdiqini tapdı
732 dəfə baxılıb
Ötən həftə Barcelona-Düsseldorf səfəri üçün qalxan “Germanwings” şirkətinə məxsus sərnişin təyyarəsi, qısa bir müddət sonra Fransada Alp dağlarına çırpılmışdı. Hadisədən sonra bölgədə başlanılan axtarış işlərində ilk qara qutu qeydlərinə görə, təyyarənin köməkçi pilot tərəfindən baş verdiyi ehtimalı açıqlanmışdı.
“Sələf Xəbər” İha.com.tr-yə istinadən bildirir ki, dünən təyyarəyə aid ikinci qara qutudan əldə edilən məlumatlar açıqlanıb. Fransa Mülki Aviasiya Təhlükəsizlik İstintaq Bürosu tərəfindən ikinci qara qutudan əldə edilən qeydlər ilə bağlı açıqlamada, təyyarəni köməkçi pilotun qəsdən düşürdüyü ehtimalı təsdiqini tapıb. Açıqlamada bildirilir ki,pilot təyyarəni 30 metr düşməyə nizamlayıb və var-gücü ilə qaza basıb.
Açıqlama verən Alman rəsmiləri, evində axtarış aparılarkən köməkçi pilot Andreas Lübitzin kompyuterində qəzadan əvvəl internetdən intihar metodları və təyyarə kabinəsinin qapısının təhlükəsizliyi məsələlərini araşdırdığını ifadə edib.
İlk versiyalarda kabinədən çıxan bir müddət sonra geri gələn kapitan pilotun bütün israrına baxmayaraq, köməkçi pilotun qapını açmaması və təyyarəni qəsdən qəzaya uğratdığı müəyyən edilmişdi.
Xatırladaq ki, Barcelona-Düsseldorf reysini həyata keçirən sərnişin təyyarəsində 150 nəfər həlak olub.
Sələf Xəbər: Uca Allah buyurur: “Allahın dərgahına qaytarılacağınız gündən qorxun!” (Qurani-Kərim, “Bəqərə” surəsi, 281-ci ayə)