Təyyarənin axtarışları davam edir
Dekabr 29
21:00
2014
839 dəfə baxılıb
“AirAsia İndonesia” aviaşirkətinə məxsus təyyarənin axtarışı ilə məşğul olan indoneziyalı xilasedicilər Banka-Belitunq arxipelaqı sakinlərinin Yava dənizi rayonunda partlayış eşitdikləri barədə informasiyanı yoxlayır.
“Sələf Xəbər”-in APA-ya istinadən xəbərinə görə, bu barədə İndoneziyanın Milli Axtarış-Xilasetmə İdarəsi açıqlama yayıb.
İdarənin mətbuat katibi Ceffri Andriani bildirib ki, partlayış səsi gələn Nanqka adası ətrafına 11 kater göndərilib.
Qeyd edək ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan “AirAsia İndonesia” aviaşirkətinə məxsus təyyarə dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub.
“Dirildən də, Öldürən də Odur.”
Qurani-Kərim, “Ğafir” surəsi, 68-ci ayə