Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tezliklə Kembricdə azan səsi eşidiləcək

Fevral 24
17:37 2017

Britaniyanın Kembric Universitetinin şəhər ərazisində yarım il sonra məscid inşa olunacaq. Məscidin açılışının 2018-ci il noyabr ayında baş tutacağı planlaşdırılır.

Selefxeber.az-ın golosislama.com-a istinadən xəbərinə görə, bu layihənin tikintisi Türkiyə dövlətinin bir neçə xeyriyyə fondu tərəfindən maliyyələşdirilir.

Layihənin təqdimatı ilə məşğul olan Müsəlman Akademik Fondunun sədri qeyd edib ki,Kembric bir çox müsəlman xarici tələbə və alimin yaşadığı ən iri şəhərlərdən biridir. O bildirib ki, universitet ərazisində məscidin inşa olunması olduqca şad xəbərdir.

Layihəyə görə, yeni məsciddə 200 nəfər rahatlıqla eyni anda ibadət edə biləcək. Eləcə də kompleksdə toplantıların keçirilməsi üçün konfrans zalının olacağı da nəzərdə tutulub.

Sələf Xəbər: Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim Allahın üzünü diləyərək bir məscid tiksə, Allah onun üçün Cənnətdə buna bənzər (bir ev) tikər.” (Muslim).

İmam Nəvəvi (Allah ona rəhmət etsin) bu hədisi belə təfsir etmişdir: “Yəni, həmin insanın cənnətdəki evi, öz dəyərinə görə, cənnətdəki başqa evlərin hamısından üstün olacaqdır, necə ki, məscid öz dəyərinə görə, bu dünyadakı evlərin hamısından üstündür.” (“Şərh Muslim”).

Digər xəbərlər