“Tezliklə kürd muxtariyyəti ilə bütün sərhədləri bağlayacağıq” – Ərdoğan
985 dəfə baxılıb
Türkiyə kürd muxtariyyətində müstəqillik referendumunun keçirilməsinə cavab olaraq İraqın bu bölgəsi ilə tezliklə quru və hava sərhədlərini bağlayacaq.
Selefxeber.az-ın “Eurasiadiary.com”a istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.
“Bütün yollar bağlanacaq. Hava əlaqəsi artıq dayandırılıb, hava məkanı və quru sərhədlər də tezliklə bağlanacaq. Kimsə bundan sonra həmin bölgəyə gedə, yaxud gələ biləcəkmi?”, – deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, Türkiyə ilə sıx ticarət və siyasi əlaqələr qurmuş kürd muxtariyyətinin rəhbərliyi, referendumun keçirilməsinə dair qərar verməklə, hörmətsizlik nümayiş etdirib: “Biz tələb edirik ki, kürd muxtariyyətinin rəhbərliyi səhvlərindən nəticə çıxarsın və onların həlli üçün addımlar atsın.”