Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tiflis izn verdi: Rusiya İrəvana silah daşıyır – VİDEO

Mart 23
17:50 2017

Gürcüstanın Bolnisi rayonunda Rusiya nömrələri olan yük maşınları hərəkət edirlər.

Selefxeber.az-ın məlumatına görə, “Axar.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Vahid Milli Hərəkatının sədri Nuqzar Siklauri söyləyib. O, bu yük maşınlarının Ermənistana hərbi texnika daşıdığını bildirib:

“İlk növbədə prezident və hökumətə bu yüklərin hansı məqsədlə daşınmasını öyrənmələri üçün müraciət edirik. Bizim ehtimalımıza görə, bu yüklər hərbi xarakterlidir. Bu yük Ermənistana aparılır”.

Qeyd edək ki, 2008-ci il savaşından sonra Gürcüstan Moskva ilə İrəvan arasındakı yerüstü əlaqələri kəsib. Bu qadağa xüsusilə hərbi yüklərin daşınmasına aid edilib.

🎬

Digər xəbərlər