Türkiyə Xarici İşlər Nazirliyi İranın “Türkiyədə çevrilişi Səudiyyə və Qətər hazırlayıb” – iddiasına cavab verdi
957 dəfə baxılıb
Türkiyə Xarici İşlər nazirliyinin sözçüsü Tanju Bilgiç İranın Türkiyədə baş vermiş çevriliş cəhdində Qətər və Səudiyyə Ərəbistanını günahlandırması haqqında yaydığı məlumatlara rəsmi qaydada münasibət bildirmişdir.
Məlumatda deyilir:
“Təəssüf ki, ölkəmiz 15 iyul 2016 tarixində millət iradəsini yox sayaraq, millətin seçimi ilə iş başına gələn hökumətimizin, hörmətli Cumhurbaşkanımıza və konstitusiya nizamına qarşı bir çevriliş təşəbbüsüylə qarşı-qarşıya qalmışdır.
Yenə millətimizin özü, təhlükəsizlik güclərimiz və Türk Silahlı Qüvvələrinin vətəninə, millətinə və konstitusiya nizamına bağlı böyük seqmenti tərəfindən fədakarcasına səylər nəticəsində qarşısı alınan bu çevriliş cəhdi haqqında, Qatar və Səudiyyə Ərəbistanının narahatlıq hissi keçirmədiyi haqqında deyilən iddialar əsla doğru deyil.
Əksinə, dost və qardaş Qətər və Səudiyyə Ərəbistanı bu çevriliş təşəbbüsünə qarşı qəti mövqe sərgiləmiş, Qatar Əmiri Şeyx Tamim bin Hamad Al-Thani ilə Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz Al-Səud Hörmətli Cumhurbaşkanımıza şəxsən zəng edərək ən üst səviyyədə dəstək nümayiş elətdirmişlər.
Buna əlavə olaraq, çevriliş təşəbbüsü sonrasında həyata keçirilən istintaq çərçivəsində xatırlanan ölkə orqanları ölkəmizlə konkret əməkdaşlıq etməkdədirlər.”
Qeyd edək ki, İran Xarici İşlər naziri Cavad Zərif Səudiyyə Ərəbistanı və Qətərin də aralarında olduğu bir neçə ölkənin Türkiyədə baş verən hərbi çevrilişə cəhdi dəstəklədiyini açıqlayıb. Bu haqda məlumatı “Fars” egentliyi yayıb.
Sələf Xəbər: Numan ibn Bəşir (Allah ondan razı olsun) Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) rəvayət etmişdir: “Möminlər bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət və lütf etməkdə bir bədənə bənzəyirlər. O bədəndə bir üzv xəstələnsə bədənin digər üzvləri, xəstə əzanın acısına görə yuxusuzluq və hərarətlə təsirlənərlər.” (Səhihi-Müslim, Birr və Sıla Kitabı, Hədis: 2586 (Səhih-Buxari, Səlat Kitabı, 88; Səhih Müslim, Birr Kitabı, Hədis: 65 (2585))