Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tokio vağzalında müsəlmanlar üçün ibadət otağı açılacaq

May 10
17:36 2017

Tokionun paytaxt vağzalında gələn ay müsəlmanların ibadəti üçün xüsusi otaq açılacaq.

Selefxeber.az-ın “Azərtac”a istinadən məlumatına görə, 2016-cı ildə Yaponiyanı ziyarət edənlər arasında müsəlman turistlərin 30 faiz təşkil etdiyini nəzərə alan “JR Higashi Nihon” şirkəti bu barədə qərar qəbul edib. Şirkət rəhbərliyi həmin regiondan olan turistlərin sayının gələcəkdə artacağını düşünür. Tokio vağzalında həmin otağın iyunun 5-dən açılacağı gözlənilir.

Belə otaqlar Yaponiya paytaxtının Haneda və Narita beynəlxalq aeroportlarında artıq fəaliyyət göstərir. “JR Nishi Nihon” dəmiryolu şirkəti də Osaka vağzalı yaxınlığındakı binada müsəlmanların ibadəti üçün xüsusi otaqlar ayırıb.

Digər xəbərlər