Toni Bler İraq müharibəsinə görə üzr istəyib
1. 117 dəfə baxılıb
Biz elə vəziyyətdə idik ki, təhlükənin hardan, kimdən gələ biləcəyi ilə bağlı təsəvvürümüz yox idi.
Selefxeber.az-ın Axar.az-a istinadən məlumatına görə, bunu Britaniyanın keçmiş baş naziri Toni Bler İraqın işğalı ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, həmin dövrdə İngiltərə parlamenti və hökumət müharibəyə meylli olub:
“Biz elə vəziyyətdə idik ki, təhlükənin hardan, kimdən gələ biləcəyi ilə bağlı təsəvvürümüz yox idi. Olduqca çətin vəziyyət idi. Düz yolu tutduğumuzdan əmin idik. Lazım hesab etdiyimiz tədbirləri görməyə məcbur idik.
Yalan yox idi. Parlament və kabinet müharibəyə meyilli idi və bu, sirr deyildi. İraqda müharibəyə başlamaq asan qərar olmadı. Bu, mənim illər boyu fəaliyyətimdəki ən böyük qərarım idi. Britaniya xalqı mənim müharibə qərarımı dəstəklədi və mənə inandı. Onlar inanırdı ki, bu qərarı qəbul etmək mənim borcumdur. Bu addımın düzgün olduğunu düşünürdüm və etdim. Amma çox peşmanam. Təsəvvür edə bilməyəcəyiniz qədər peşmanam. Üzr istəyirəm”.
Xatırladaq ki, 2003-2009-cu illərdə Böyük Britaniyanın İraq müharibəsində iştirakını araşdıran Çilkot hesabatı açıqlanıb. Hesabatda həmin dövrdə baş nazir olan Toni Blerin rəhbərliyi ilə hökumətin İraqda kobud hərbi və siyasi səhvlərə yol verdiyi bildirilib.
Sələf Xəbər: Uca Allah bizə zülm etməyi qadağan etmiş və zülmün cəzasının ağır olduğunu bildirmişdir. “Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: “Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (Ənam surəsi: 93).
Səhih hədisdə isə zülmə məruz qalmış məzlumun duasının mütləq qəbul olunması deyilir. Əbu Hureyra (radiyallahu anhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: “Üç dua vardır ki, onlar qəbul olunar – məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua”. (Buxari rəvayət etmişdir).Belə siyasətçilərin səhvi ucbatından bu gün İraq, Suriya və bir çox ölkələrdə insanlar zülmdən, müharibədən əziyyət çəkirlər.