Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tövbə etmədiyi üçün valideynləri tərəfindən döyülərək öldürüldü

Oktyabr 15
16:56 2015

Tövbə etmədiyi üçün valideynləri tərəfindən döyülərək öldürüldü

ABŞ-ın Nyu-York ştatının Hartford şəhərində iki qardaş tövbə etmədikləri üçün kilsədə döyülüb.

“Sələf Xəbər”in APA-ya istinadən verdiyi məlumata görə, onlardan biri xəstəxanada dünyasını dəyişib.

Hadisə 11 oktyabr tarixində, axşam saatlarında baş verib.

Şəhər polisindən bildiriblər ki, 19 yaşlı Lukas Leonard və onun 17 yaşlı qardaşı Kristofer Leonard bir neçə saat ərzində döyülərək günahlarını boyunlarına almağa və tövbə etməyə məcbur ediliblər. Onların döyülməsində 4 kilsə ziyarətçisi, həmçinin döyülən şəxslərin valideynləri Bryus və Debora Leonard və böyük bacıları Sara Ferqyuston iştirak edib.

Polis oktyabrın 12-də valideynlərin döyülən böyük qardaşı xəstəxanaya aparmasından sonra faktı araşdırmağa başlayıb. Gənc aldığı yaralardan xəstəxanada ölüb. Kiçik qardaş isə kilsənin ikinci mərtəbəsində döyülmüş halda tapılıb.

Hadisədə iştirak edənlər həbs olunub.

Sələf Xəbər: Uca Allah buyurur: “Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yox-dur. O, bunların şərik qoşduqları şeylərdən uzaqdır”. (Qurani-Kərim, “Tövbə” surəsi, 31-ci ayə)

Məşhur Quran təfsirçisi Əbdürrəhman Əs-Saadi (Allah ona rəhm etsin) yazırdı: “Adicə düşünmək yolu ilə yanlışlığını müəyyən etmək mümkün olan pozğun baxışları çoxsaylı dini icmanın qəbul etməsinə ancaq təəccüb etmək olar. Lakin buna əsaslı səbəb var: Kitab əhli özlərini bütövlüklə ibadətə həsr etmiş alimlərini və ruhanilərini Allahla yanaşı rəbb kimi qəbul edirlər. Əgər Allahın qadağan etdiyini kilsə xadimləri onlara icra etməyə icazə verirlərsə, onda onlar belə hərəkətləri etməyi yol verilən sayırlar. Lakin Allahın icazə verdiyini onlar qadağan etdikdə, yenə bunu qadağan olunmuş sayırlar. Nəticədə, alimlər və kilsə xadimləri Kitab əhli üçün Allahın elçilərinin (onlara Allahın salamı olsun) dininə zidd olan qanunlar uydurmuşlar və onlar da uydurmaçıların ardınca getmişlər. Onlar öz alimlərinə və ruhanilərinə o dərəcədə ehtiram bəsləyirdilər ki, axırda onların qəbirlərini bütə çevirir və Allahla bərabər o bütlərə də ibadət edirdilər. Bu qəbirlərin yanında onlar qurban kəsir və həm də dua və kömək etmələri xahişi ilə ölülərə müraciət edirdilər.

Onlar Məryəm oğlu İsa peyğəmbəri (əleyhissəlam) ilaha çevirdilər və Allahın əvəzinə ona ibadət etməyə başladılar. Onlar Uca Allahın Öz elçilərinin vasitəsi ilə rəsmiləşdirdiyi dindən üz çevirdilər, halbuki onlara təkcə Ona səmimiyyətlə ibadət və itaət etmək, bütün qəlbi ilə təkcə Onu sevmək və dua ilə təkcə Ona müraciət etmək əmr olunmuşdu. Buna baxmayaraq, onlar Onun əmrindən üz çevirdilər və heç bir inandırıcı dəlilə, sübuta istinad etmədən Ona şəriklər qoşdular. Allah onların Ona qoşduqları şəriklərdən Ucadır. Allah onların müşrikliyindən və uydurmalarından sonsuzluq qədər uzaqdır, çünki onlar Onun ilahi əzəmətinə yaraşmayan nöqsanları və keyfiyyətləri Ona aid edirlər. Onun sifətləri və əməlləri mükəmməldir və ucadır. Onların ilahi kamilliyə zidd olan şeylərlə heç bir əlaqəsi yoxdur”. (Bax: “Təfsir Əs-Saadi”)

Digər xəbərlər