Sələf Xəbər


DÜNYA XƏBƏRLƏRİ

 Son Xəbərlər

Tramp 3 milyon adamı deportasiya edəcəyini təsdiqləyib

Noyabr 15
17:10 2016

Donald Tramp prezidet kimi ilk sərəncamının cinayət məsuliyyəti olan 3 milyon qanunsuz miqrantın deportasiyası olacağını bəyan edib.

Onun bu bəyanatı prezident seçilmiş Trampla onun namizədliyini qəbul etməkdən dəfələrlə imtina etmiş spiker Paul Ryan arasında mübahisəyə səbəb olub.

Selefxeber.az-ın “eurasiadiary.az “a istinadən məlumatına görə, bundan əvvəl cənab Ryan adamları sakitləşdirərək bildirmişdi ki, cənab Trampın administrasiyası deportasiyalarla yox, sərhədlərin möhkəmləndirilməsi ilə məşğul olacaq.

Lakin spikerin bu sakitləşdirici bəyanatından bir neçə dəqiqə sonra CBS cənab Trampla müsahibəni efirə verib. Bu müsahibədə Tramp 3 milyon miqrantı dərhal deportasiya edəcəyini bildirir.

O deyib ki, o cinayət məsuliyyəti olmuş şəxsləri, narkotik alverçilərini və sair qanunsuz adamları ölkədən dərhal çıxaracaq və yaxud həbsxanaya salacaq və belələrinin 2 milyon və ya bəlkə də 3 milyon olduğunu düşünür.

Tramp deyib ki, sərhədlərin toxunlamazlığı təmin edildikdən sonra miqrasiya rəsmiləri yerdə qalan qanunsuz miqrantların məsələsinə baxmalı olacaqlar.

Bu müsahibədə cənab Tramp Meksika ilə ABŞ arasındakı sərhəd boyunca vəd etdiyi divarın da tikiləcəyini deyib, hərçənd bildirib ki, bu divar yox, əslində dəmir çəpər olacaq. “Bəzi yerlərdə divar olacaq, mən bu işi bilirəm. Bunun adına tikinti deyirlər” – deyib Tramp.

O, öz sözünün qüvvəsi kimi Macarıstanı misal gətirib: “Macarıstan səmərələri çəpər çəkib onu mühafizə edəndən sonra ölkəyə gələn miqrantların sayı 99 faiz azalıb. Biz bilirik ki, bunu etmək olar. Dünya boyunca müxtəlif ölkələr bu işi görüblər”.

“The Telegraph” yazır ki, Ryan-la sözünün bu cür toqquşması, çox güman Tramp administrasiyasının ilk başağrısı olacaq.

Trump bir neçə nüfuzlu respublikaçını, o cümlədən, onu kampaniyası boyunca rədd edən, lakin sonra zəng vurub təbrik edən keçmiş prezident Corc Buşu kobud şəkildə lağa qoyub.

“The İndependent” yazır ki, Tramp ümumən 11 milyon adamı deportasiya edəcəyini deyib.

Məqalədə deyilir ki, Meksika ilə ABŞ sərhədi California və Texas boyunca 3200 kilometrə bərabərdir.

Digər xəbərlər