Tramp ABŞ-da yaşayan müsəlmanlara xüsusi vəsiqələrin verilməsini irəli sürüb
679 dəfə baxılıb
ABŞ prezidentliyinə namizəd milyarder Donald Tramp ölkədə yaşayan müsəlmanlara xüsusi şəxsiyyət vəsiqələrinin verilməsini təklif edib.
“Sələf Xəbər”in APA-y istinadən verdiyi xəbərə görə, bu barədə Tramp “Yahoo News”a müsahibəsində bildirib.
“Biz əvvəl atmadığımız addımlar atmalıyıq. Bu qərar bəzilərinin qanını qaraldacaq, lakin mən düşünürəm ki, hamı təhlükəsizliyin öz şərtlərini diktə edəcəyini anlayır”, – deyə Tramp bildirib.
Prezidentliyə namizəd ölkədəki müsəlmanların xüsusi məlumat bazasının yaradılmasını, onlara dini mənsubiyyəti ilə bağlı qeydin olacağı xüsusi şəxsiyyət vəsiqəsinin verilməsini istisna etməyib. “Biz çox şeyə ciddi diqqət yetirməli olacağıq. Biz həmçinin məscidlərə də diqqət yetirməli olacağıq”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Tramp Parisdəki terror aktlarına cavab olaraq ABŞ-dakı bütün məscidləri bağlamağı təklif edib.
Sələf Xəbər: Təəssüf ki, “söz azadlığı” prinsipinə əsaslanaraq, Qərbdəki bir çox hökumətlər İslama və müsəlmanlara münasibətdə nifrətin və təhqirlərin yayılmasına mane olmur. Lakin haqlı olaraq bir sual yaranır: niyə Qərb “söz azadlığı” prinsipini antisemitizmin təzahürlərinə dair tətbiq etmir? Axı məlumdur ki, antisemitizm və Xolokostun inkar edilməsi bir çox Qərb ölkəsində təqib edilən cinayətkar fəaliyyət hesab olunur.
Beləliklə, “söz azadlığı” prinsipinin mövcudluğuna baxmayaraq, bu ölkələrin qanunları sayı bütün dünya üzrə 15 milyonu keçməyən dini icmanı müdafiə edir və onları təhqir edən və hissiyyatlarına toxunanları cəzalandırır. Bəs niyə milyard yarımdan artıq olan müsəlman icmasının təhqir edilməsi haqqında söhbət getdikdə, dərhal “söz azadlığı” prinsipi yada düşür? Məgər bu ədalətdir?
Bizim dinimizə gəlincə isə, İslam antisemitizmi qadağan edir. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Ərəbin qeyri-ərəb üzərində üstünlüyü yoxdur. Qeyri-ərəb də, ərəbdən üstün deyildir. Necə ki, ağ dərili qaradərilidən, qaradərili isə ağ dərilidən üstün deyildir. Bir insanın o birilərindən üstünlüyü yalnız təqva ilədir!” (Əhməd)Uca Allahdan müsəlmanlara səbir verməsini və İslamı pisləyənləri cəzalandırmasını istəyirik.